Dünya bazarında neftin qiyməti 2% bahalaşıb | Banco.az

Dünya bazarında neftin qiyməti 2% bahalaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,4 dollar və ya 2,35% bahalaşaraq 61,01 dollar təşkil edib.

Birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,75%, yaxud 1,11 dollar irəliləyərək 63,34 dollar/barel olub.

Ən sərfəli kredit üçün müraciət et

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et