Dünya Bankı qlobal iqtisadi artım proqnozunu azaldıb | Banco.az

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu azaldıb

Dünya Bankı 2017-2018-ci illər üçün qlobal iqtisadi artım tempi ilə bağlı proqnozlarını aşağı salıb. Dünya Bankının yaydığı "Global iqtisadi perspektivlər" adlı hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə dünya iqtisadiyyatı 2,7% artacaq. 

Xatırladaq ki, Bankın 2016-cı ilin iyun ayında hazırladığı proqnozunda dünya iqtisadiyyatının bu il 2,8% artacağı ehtimal edilirdi. 2018-ci il üçün isə qlobal iqtisadi artım tempi ilə bağlı proqnoz əvvəlki proqnoza nisbətən 0,1 faiz bəndi azaldılaraq 2,9%-ə endirilib.

Dünya Bankının iqtisadçılarının hesablamalarına görə, qlobal iqtisadi artım tempi hazırda 2008-2009-cu illərin maliyyə böhranı zamanı olan 2,3% artımdan sonra ən minimal həddə enib. Ekspertlər bunun səbəblərini ABŞ dollarının möhkəmlənməsi, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması nəticəsində inkişaf etməkdə olan ölkələrin borclanma xərclərinin yüksəlməsi, bu kateqoriyadan olan ölkələrdən kapital axınını kimi amillərlə əlaqələndirirlər.

Mənbə: Report.az

  • Həmçinin oxu
  • Son vakansiyalar

Məqalələr