Dünya Bankı Azərbaycanda ÜDM-in 5,3% artacağını proqnozlaşdırır | Banco.az

Dünya Bankı Azərbaycanda ÜDM-in 5,3% artacağını proqnozlaşdırır

Dünya Bankı (DB) 2014-cü ildə Azərbaycanda ÜDM artımını 5,3% səviyyəsində proqnozlaşdırır. Bu barədə DB-nin yanvar ayına olan “Qlobal iqtisadi perspektivlər” (Global Economic Prospects) adlı məruzəsində qeyd edilir.

Xəbər verildiyi kimi, 2013-cü ilin iyun ayında DB 2014-cü il üçün Azərbaycanın ÜDM artımını 4,8% səviyyəsində proqnozlaşdırmışdı.

DB 2014-cü ildə Azərbaycanın iqtisadi artımını 4,5% (iyun proqnozu 2,9%) səviyyəsində proqnozlaşdırır.

2016-cı ildə bank Azərbaycanda ÜDM artımını 3,9% səviyyəsində proqnozlaşdırır.

DB-nin proqnozlarına görə, 2014-cü ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 15,9%-ni (iyun proqnozu ÜDM-in 11,9%-i), 2015-ci ildə 14,3%-ni (iyun proqnozu ÜDM-in 9,4%-i), 2016-cı ildə 12,5%-ni təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan hökuməti 2014-cü ildə ÜDM artımını 5,2%, 2015-ci ildə 5,8%, 2016-cı ildə 4,8% səviyyəsində proqnozlaşdırır.

Asiya İnkişaf Bankı (AİB) 2014-cü ildə ÜDM artımını 4,8% səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü ildə Azərbaycanda ÜDM-in 5,6% artımını proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2014-cü ildə ÜDM artımını 3,5%, səviyyəsində proqnozlaşdırır.

2013-cü ilin yekunları üzrə Azərbaycanda ÜDM 5,8% artıb.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et