Dövlət satınalmasında vergi öhdəliklərinə dair yeni tələblər müəyyənləşdirilir | Banco.az

Dövlət satınalmasında vergi öhdəliklərinə dair yeni tələblər müəyyənləşdirilir

Milli Məclisin növbədənkənar iclasında "Dövlət satınalmaları haqqında" Qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilib. 

Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək. Burada əsas məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et