Dövlət rüsumunun dərəcələri azaldılıb | Banco.az

Dövlət rüsumunun dərəcələri azaldılıb

Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri azaldılıb. Bununla bağlı "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklə bağlı layihə II oxunuşda Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə təklif olunan 32-1-ci maddəyə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2.000 manat, ümumi təhsil müəssisələrindən 5.000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5.000 manat, peşə təhsili müəssisələrindən 10.000 manat, orta ixtisas təhsili müəssisələrindən 12.000 manat, ali təhsil müəssisələrindən 20.000 manat, əlavə təhsil müəssisələrindən 12.000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12.000 manat dövlət rüsumu tutulacaq.

Ən sərfəli kredit üçün müraciət et

Sənəd birinci oxunuşda qəbul edilən zaman akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3.000 manat, ümumi təhsil müəssisələrindən 5.000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7.000 manat, peşə təhsili müəssisələrindən 10.000 manat, orta ixtisas təhsili müəssisələrindən 15.000 manat, ali təhsil müəssisələrindən 20.000 manat, əlavə təhsil müəssisələrindən 15.000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən isə 15.000 manat dövlət rüsumunun tutulması qeyd edilmişdi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, ilk müzakirələrdən sonra verilən təkliflərə, səslənən iradlara baxılıb və onların bir qismi nəzərə alınıb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et