Dövlət qurumunda 500 boş iş yeri var! | Banco.az

Dövlət qurumunda 500 boş iş yeri var!

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 31 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (88 vəzifə) və B (611 vəzifə) növünə aid 699 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə sənəd qəbulu davam edir.

DİM-dən bildirilib ki, fevralın 23-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün ümumilikdə 906 nəfər qeydiyyatdan keçib. Müsahibədə iştirak üçün namizədlər martın 7-si saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) tərəfindən təqdim olunub. Bu agentlikdə işləmək üçün 533 nəfər müraciət edib.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et