Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb | Banco.az

Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 milyon 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 303,3 min manat və yaxud  13,05% çoxdur.

DGK-dən  verilən məlumata görə, hesabat ayında büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 milyon 325,4 min manat və yaxud 13,2% artaraq 80 milyon 19,1 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ƏDV üzrə daxilolmaları 25 milyon 369,2 min manat və yaxud 12,5% artaraq 227 milyon 727,6 min manat, aksizlər üzrə daxilolmalar 3 milyon 263,5 min manat və yaxud 18,8% artaraq 20 milyon 593,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 345,2 min manat və yaxud  11,6% artaraq 3 milyon 323,1 min manat təşkil edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et