Donald Tramp Boltonu vəzifəsindən azad edib | Banco.az

Donald Tramp Boltonu vəzifəsindən azad edib

ABŞ Prezidenti Donald Tramp, Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi (müşaviri) Con Boltonu vəzifədən azad etdiyini açıqlayıb.

Tramp, Twitter hesabından verdiyi açıqlamada, "Cona Ağ Evə xidmətlərinə artıq lazım olmadığını bildirmişdim. Təkliflərinin çoxuna qarşı çıxdım və özündən bu səhər istefasını verməsini istədim. Xidmətləri üçün təşəkkür edirəm. Gələcək həftə yeni bir Milli Təhlükəsizlik Müşaviri açıqlayacağam", -ifadələrini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, C.Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. D.Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et