Dollar/TL-də 5.95 hədəfi ilə "al" tövsiyyəsi verildi | Banco.az

Dollar/TL-də 5.95 hədəfi ilə "al" tövsiyyəsi verildi

Almaniyanın "Deutsche Bank"ının strateqləri Dollar/TL məzənnəsinin yüksələcəyini gözləyirlər və bu səbəbdən Türk Lirəsi (TL) qarşısında Dollar almağı tövsiyyə edirlər.

Bu barədə Bankın strateqlərinin hazırladığı arayışda bildirilir. 

Türkiyə Mərkəzi Bankının (TCMB) faiz endirimindən dərhal sonra TL-nin bahalaşdığı qeyd edilən hesabatda, sonra isə lirənin qazanclarını geri verdiyi qeyd olunub.

Səudiyyə Ərəbistanının neft sahələrinə yönələn hücumların neft qiymətlərindəki təsirinin də TL-yə mənfi təsir etdiyi qeyd edilən arayışda, ümumiyyətlə TL-də qısa mövqe almağın yaxşı bir "risk - qazanc" təqdim etdiyi bildirilib. 

Bankın strateqlərinə görə, Türkiyə Mərkəzi Bankının faizi aşağı salması dördüncü rübün sonundan inflyasiyanın yüksəlməsinə səbəb olacaq və bunun nəticəsində TL yenidən dəyərdən düşəcəkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Aşağı real faizin yüksək istehlak ilə nəticələnəcəyi və cari kəsiri yenidən artıracağı vurğulanıb.

"Saudi Aramco"nun neft sahələrinə yönələn hücumların TL üçün mənfi olduğu qeyd edilən "Deutsche Bank" arayışında, TL-nin yüksək neft qiymətlərinə qarşı ən kövrək valyutalardan biri olduğu qeyd olunub.
 
Dollar/TL-də 5.95 hədəfi ilə "al" tövsiyəsi verən Bank, giriş səviyyəsi olaraq 5.72, zərəri kəs səviyyəsi kimi 5.60-ı müəyyənləşdirib. 

Bakı vaxtı ilə saat 10:40-da Dollar/TL məzənnəsi 5.73 səviyyələrində olub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et