"Dollar/TL 2019-un sonuna doğru 5.2-yə düşəcək" | Banco.az

"Dollar/TL 2019-un sonuna doğru 5.2-yə düşəcək"

"ABN Amro"ya görə Dollar/TL məzənnəsi il sonuna doğru 5.2 səviyyəsinə düşə bilər

Hollandiya bankı "ABN Amro" Türk Lirəsinə dair proqnozunu açıqlayıb. 

Əsas iqtisadi göstəricilərin və mənfi investor hissinin TL (Türk Lirəsi) üzərində təzyiq yaratdığını açıqlayan "ABN Amro", Lirənin Türkiyə - ABŞ münasibətləri səbəbi ilə qısa müddətdə bir qədər dəyərdən düşdüyünü qeyd edib. 

Buna baxmayaraq, "ABN Amro" Türkiyədə pul siyasətinin ən azı İyula qədər sərt qalacağını və    bir daha sərt satış dalğasının baş verməsinin artıq mümkün olmadığını düşünür. Bank, Dollar/TL məzənnəsinin il sonuna doğru 5.2-yə düşəcəyini gözləyir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu dəqiqələrdə Dollar/TL məzənnəsi 5.45 səviyyələrindədir.

"ABN Amro" Fed-in 2019-cu ildə ehtimal olunan faiz qərarlarının artıq qiymətlərdə əks olunduğunu, səhm bazarlarının sabitləşdiyini və ABŞ Dollarının məhdud bir "dəhliz" daxilində qaldığını qeyd edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et