Dolların ucuzlaşması diqqət mərkəzində | Banco.az

Dolların ucuzlaşması diqqət mərkəzində

Beynəlxalq maliyyə bazarlarında bu həftə dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, diqqət mərkəzində olacaqdır.

EUR

Beynəlxalq valyuta birjalarında avroya olan tələbin artması fonunda EUR/USD məzənnəsi 1.1422$-a kimi bahalaşıb. Bunun əsas səbəbi Amerika höküməti ətrafında siyasi risklərin artması ilə dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasıdır. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1400$-ın üzərində möhkəmlənərsə, 1.1507$-a kimi də bahalaşa bilər.

Bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 14:00, cümə günü saat 14:00 və 17:30-da müvafiq olaraq yayımlanacaq, Avrozonanın iqtisadi inkişaf, Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

GBP

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Hal-hazırda dünya birjalarında 1.3200$-ın üzərində təklif edilən məzənnə,  1.3217$-ı da yuxarı istiqamətdə qırarsa, 1.3297$-a kimi də bahalaşa bilər. İngiltərə höküməti ilə Avropa Birliyi arasında sərt Breksit prosesi də diqqət mərkəzində saxlanılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

 

TRY

Türkiyə maliyyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilməkdədir. Beləliklə, USD/TRY məzənnəsi 5.2460TL-ni də aşağı istiqamətdə qıraraq altında qalarsa, 5.2033TL-yə kimi də ucuzlaşa bilər.

 

OIL

Avropanın Brent markalı neftinin qiyməti üzrə təhlillərə əsasən, bir barelin qiyməti 62.30$-ı da yuxarı istiqamətdə qırarsa, 64.46$-a kimi dəyər qazana bilər. Bu həftənin çərşənbə saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Dünyada siyasi, xüsusilə də ABŞ höküməti ətrafında risklərin yenidən artması, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin 2% bahalaşmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1304$-ı (41.9 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1314$-a (42.3 $/qram) kimi də dəyər qazana bilər.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et