Dolların ucuzlaşacağı və neftin bahalaşacağı gözlənilir | Banco.az

Dolların ucuzlaşacağı və neftin bahalaşacağı gözlənilir

Beynəlxalq maliyyə bazarlarında dollara nisbətən məzənnələrin 1% və neft fyuçerslərinin 69$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir və təhlillərə əsasən, əlavə olaraq 1% də ucuzlaşa bilər. 

Enerji birjalarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. 67$-a ticarət edilən bir barel üzrə qiymətin 69$-a kimi də dəyər qazana bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bahalaşmaya səbəb, “OPEC+” sazişi müddətinin uzadılması, Amerika sahillərində qasırğa təhlükəsinin yaranması və İran ilə İngiltərə və ABŞ arasında siyasi böhranın dərinləşməsidir. 

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et