Dolların bahalaşacağı proqnozları yüksək olaraq qalmaqdadır | Banco.az

Dolların bahalaşacağı proqnozları yüksək olaraq qalmaqdadır

Beynəlxalq valyuta birjalarında AB-də parlament seçkisi, Breksit və digər risklər fonunda dollara tələb və bahalaşma proqnozları yüksək olaraq qalmaqdadır.

Avro və Funt təzyiq altında qalmaqdadır. 

Cümə axşamı Avropa parlamentində keçiləcək seçki öncəsi EUR/USD məzənnəsi 1.12$, təqdim edilən yeni Breksit sazişinin tam mətninin açıqlanması öncəsi GBP/USD məzənnəsi 1.28$-ın altında ticarət olunmaqdadır. Beləliklə, siyasi və iqtisadi risklərin mövcud olduğu bir vaxtda dollara tələb yüksək olaraq qalır və 0.3%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

 

İngiltərədən inflyasiya, ABŞ-dan FED toplantı protokolu açıqlanacaq

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərədə inflyasiya ilə bağlı önəmli fundamental məlumatların və saat 22:00-da Amerika mərkəzi bankının toplantı protokolunun yayımlanması da investorların diqqət mərkəzində olacaqdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et