Dollarda ucuzlaşma dərinləşə bilər | Banco.az

Dollarda ucuzlaşma dərinləşə bilər

Dollarda ucuzlaşma, İngiltərə və Avrozonadan inflyasiya və ABŞ-dan pərakəndə satış və neft ehtiyatları göstəricilərinin açıqlanması diqqət mərkəzindədir.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Dollarda ucuzlaşma dərinləşə bilər. 

İngiltərə və Avrozonadan inflyasiya açıqlanacaqdır. 

Belə ki, EUR/USD məzənnəsi oktyabr ayının, GBP/USD məzənnəsi isə son üç ayın maksimumunda ticarət edilməkdədir.

Bakı vaxtı ilə saat 12:30 və 13:30-da müvafiq olaraq İngiltərə və Avropadan dərc ediləcək inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da ticarət aktivliyinin artmasına təsir edəcəkdir. 

Ən sərfəli kredit üçün müraciət et

 

FED-in faiz azaldılması ehtimalları, qızıl və neftin bahalaşması

Buna səbəb isə Amerika Mərkəzi Bankının faiz azaldılmasına gedə biləcəyi ehtimallarıdır. Nəticədə əmtəə birjalarında qızılın qiyməti də yenidən 1502$, Avropanın Brent markalı neftin bir barel qiyməti 62$-a kimi dəyər qazana bilər. 

 

ABŞ-dan pərakəndə satış və neft ehtiyatları göstəriciləri açıqlanacaqdır

Bu baxımından saat 16:30-da dərc ediləcək Amerikanın pərakəndə satış və saat 18:30-da neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et