Dollara alternativ olaraq yeni valyuta yarana bilər | Banco.az

Dollara alternativ olaraq yeni valyuta yarana bilər

“ABŞ dollarının dünyada təzyiq vasitəsi kimi işlədilməsi yeni qlobal valyutanın yaranmasına səbəb olacaq”: Anatoli Aksakov

Rusiya Dümasının Maliyyə Bazarları Komitəsinin rəhbəri Anatoli Aksakov ABŞ dollarının istifadəsi ilə bağlı təzyiqin beynəlxalq ödəmələrdə dollardan imtina edilməsi ilə nəticələnəciyi ehtimalına diqqət çəkib.

Onun sözlərinə görə, BRİCS-üzvü Braziliya, Rusiya, Hindistan, Çin və
Cənubi Afrika öz aralarında ödənişlər üçün yeni valyuta ərsəyə gətirmək ehtimalını düşünür. Bu ölkələr dünya əhalisinin yarısını və dünya sənayesinin 30%-ni özündə cəmləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

Anatoli Aksakov vurğulayıb ki, : “Alternativ bir qlobal valyuta yaratmaq üçün 5 il lazım ola bilər. Bu Vaşinqtonla əlaqəlidir. ABŞ dollardan istifadə üçün daha çox təzyiq göstərərsə, digər ölkələr də dolların istifadəsinə o qədər qarşı çıxar. Bir çox ölkə indidən dolları rədd edir. Çin neft alış-verişində yuandan istifadə etməyə başlayıb. Əgər proses uğurla davam etsə, ABŞ-ın dünya üzərindəki hökmranlığı başa çatacaq”-deyə Aksakov qeyd edib.

Dumanın Xarici Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutsky də Rusiyanın Türkiyəyə dəstəyinin davam etdiyini qeyd edib. Türk lirəsının dəyər qazanmağa başlamasını yüksək qiymətləndirdiyini ifadə edən Slutsky, Türkiyənin bu vəziyyətdən xilas olacaq lazımlı siyasi sabitlik və və intellektual gücə sahib olduğunu vurğulayıb.

trt.net.tr

Ən sərfəli krediti almaq üçün müraciət et