Dollar sindromu nə qədər çəkəcək? | Banco.az

Dollar sindromu nə qədər çəkəcək?

ABŞ dollarının  son illər ən güclü dövrünü yaşaması dünya iqtisadiyyatında dalğalanmaya səbəb olub. Son 12 ildə rekord dərəcədə bahalaşan dollar dünyanın dörd bir yanında  valyuta məzənnələrini sıxışdırıb. Dollar qarşısında ən çox dəyər itirən 40 faizə yaxın göstərici ilə Ukrayna qrivnasıdır.  Qrivna ilə yanaşı neft ixrac edən Braziliyada pul vahidi Realın da kəskin şəkildə zəifləməsi  enerji sahəsinə mənfi təsir göstərib.  Dolların birdən birə kəllə çarxa yüksəlməsi avrozonada da fəsadsız ötüşməyib.  Hər zaman sabit trayektoriya ilə diqqət çəkən avro son 12 ildə ən aşağı həddə düşüb. Amma avronun dəyər itirməsi  tədricən baş verdiyindən, bu geriləmə bölgə iqtisadiyyatını dərindən sarsıtmayıb. Əksinə,  Yunanıstan, İtaliya, İspaniya, İrlandiya və Portuqaliya kimi böhrandan əziyyət çəkən ölkələr avropa mərkəzi bankına olan nəhəng borcun əhəmiyətli hissəsini qaytara bilib. İkinci bir tərəfdən avropa mərkəzi bankı da artıq vəd etdiyi kimi  avrozona ölkələrinə məxsus səhmləri almağa başlayıb. Bu,  hökumətlərə daha çox xərcə düşmədən vətəndaşlar  üçün yeni iş imkanları yaratmağa fürsət verir.  Dünyanın ikinci ən böyük bazarında işsizliyin azalması isə sadəcə regionun yox, qlobal miqyasda iqtisadi dirçəlişə zəmin yaradır. Avropa İttifaqı bu irəliləyişlə bölgədə  əsas maliyyə oyunçusuna çevrilməkdə iddialıdır. Bu istiqamətdə  Macarıstanla Rusiya arasındakı 12 milyard avroluq nüvə sazişinə də “blok” qoyan avropa şurası bununla Rusiyanı bölgə bazarlarından uzaq tutmağa çalışır. Rusiyanın öz enerji ehtiyatları ilə bu bazardan uzaq qalması,  dünyanın ən böyük enerji idxalatçısı olan avropa ittifaqında neftə və qaza olan tələbatı artırır.  Tələbatın artması fonunda isə enerji məhsullarının qiymətinin bahalaşması qaçılmaz olacaq. Yaxın günlərdə dollarla avronun kursunun yenidən bərabər səviyyədə dövr edəcəyini proqnozlaşdıran iqtisadi şərhçilər bu istiqamətdə dünya miqyasında neftin yenidən bahalaşacağını da istisna etmir. 

Ən sərfəli kredit üçün müraciət et

atvxeber.az

Ən sərfəli krediti almaq üçün müraciət et