Dollar, Avro və Lirədə güclü volatillik gözlənilir | Banco.az

Dollar, Avro və Lirədə güclü volatillik gözlənilir

Bu gün Amerika, Avrozona və Türkiyədən açıqlanacaq önəmli fundamental məlumatlar fonunda dollar, avro və lirədə güclü volatillik gözlənilir.

Foreks: Dollar bahalaşır və ABŞ-dan fundamental göstəricilər açıqlanacaq

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.3%-lik bahalaşma müşahidə edilir.

 

Bununla yanaşı, bu gün dolların məzənnələrinə təsir edə biləcək önəmli fundamental məlumatların açıqlanması gözlənilir. Belə ki, Bakı vaxtı ilə saat 16:30 və 17:15-də müvafiq olaraq Amerikanın pərakəndə və sənaye dövriyyəsi ilə bağlı yeni göstəricilər açıqlanacaqdır.

Ən sərfəli kredit üçün müraciət et


EUR/USD və USD/TRY diqqət mərkəzində

Saat 11 və 13:00-da müvafiq olaraq yayımlanacaq Türkiyənin işsizlik və Avrozonanin iqtisadi inkişafı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

 

EUR/USD məzənnəsi 1.12$-ın üzərində qaldıqca, yenidən 1.13$, USD/TRY məzənnəsi də 6.01TL-nin üzərində qaldıqca, 6.24TL-yə kimi bahalaşa bilər.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et