"Dollar 5 Türk Lirəsindən aşağı düşə bilər" | Banco.az

"Dollar 5 Türk Lirəsindən aşağı düşə bilər"

"Forextime"ın valyuta strateqi Jameel Ahmed, Dolların zəifləməsilə əlaqədar olaraq Türk Lirəsində (TL) bahalaşmanın davam edəcəyini deyib.

Jameel Ahmed, Türk Lirəsinin ötən ilin son rübündəki itkilərinin çoxunu kompensasiya etdiyini bildirərək, "Bazarlar risk iştahı üçün bu an Fed-ə və digər mərkəzi banklara baxırlar. Digər bir amil də ABŞ - Çin ticarət müharibələridir - bu da inkişaf edən bazarların performansına təsir edəcək" deyib.

Ən sərfəli kredit üçün müraciət et

Siyasi riskin Türk Lirəsinin qiymətində əks olunduğunu qeyd edən Ahmed, "Dollar daha çox zəifləyə, bu da Dollar/TL məzənnəsinin 5-dən aşağı düşməsinə səbəb ola bilər" şərhini edib.

Türkiyədə əhalinin dollar almaq məsələsində istəkli olduğunu da qeyd edən mütəxəssis deyib: "Çünki inflyasiya problemi var, inflyasiya gəlirlərə mənfi təsir edir. Dollar daha sabitdir".

marja

Ən sərfəli krediti almaq üçün müraciət et