Diqqətli olun: Gecikdirilən kredit ödənişləri əsl təhlükə mənbəyidir | Banco.az

Diqqətli olun: Gecikdirilən kredit ödənişləri əsl təhlükə mənbəyidir

Azərbaycanın bank sektorunda təminatlı və təminatsız kreditlərə rast gəlinir. İlk növbədə, kreditlər girov təminatı əsasında verilir. Adətən, bank və borcgötürən arasında imzalanan müqavilədə bu tip əmlak qeyd olunur. Müştəri krediti zamanında ödəyə bilmədikdə isə bank girov şəklində təqdim olunmuş əmlakı müştərinin əlindən almaq və satışa çıxarmaq hüququna malikdir. Təminatsız kreditlər qismində isə istehlak kreditləri çıxış edir. İstehlak kreditləri müştəriyə daimi gəlirin mövcudluğu təsdiq edildikdən sonra təqdim olunur. Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, əgər borcgötürən təminatsız şərtlərlə ona təqdim olunan kreditin faiz dərəcələrini ödəmirsə, o zaman bank ona 90 gün möhlət verir. Bu müddət ərzində kredit üzrə faiz dərəcələri hesablanmaqda davam edir. Əgər 90 gün bitdikdən sonra müştəri krediti tam şəkildə banka geri qaytarmırsa, o zaman bank məhkəməyə müraciət edir. Bəzən isə belə bir vəziyyətdə problemin həll edilməsi məqsədilə banklar məhkəmələrə deyil, kollektor təşkilatlara üz tuturlar. Lakin digər istiqamətlə yanaşı, kollektorlara müraciət hal-hazırda ölkəmizdə kifayət qədər geniş yayılmayıb.

Sevinc  İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et