Dincələrək işləmək istəyənlər üçün maraqlı təklif | Banco.az

Dincələrək işləmək istəyənlər üçün maraqlı təklif

Həm işləmək, həm də istirahət etmək bir çoxlarının arzusudur. Təbii ki, insan işini sevdikdə iş onu yormur. Amma əgər istirahət sizin işiniz olsa onda necə olar? Nə qədər təəccüblü olsa da belə iş mövcuddur. Hal-hazırda Meksika şirkətlərindən biri professional şəkildə dincələcək və eyni zamanda çalışan  birini axtarır.

Meksikanın Group Virgin şirkəti məhz adı çəkilən vəzifə üzrə işçi axtarır. Namizəd dünyanın müxtəlif yerlərinə səyahət edərək ordakı barları, restoranları, istirahət zonaların qiymətləndirəcək. Lakin işçinin vəzifəsi bununla bitmir. Həmin şəxs mütləq çox ünsiyyətcil biri olmalıdır, çünki səfər edəcəyi yerlərdə insanlarla əlaqələr qurmalı, müxtəlif mədəniyyətlər haqda foto və videolar hazırlamalıdır. Yəni həm səfər etməli, həm də işləməyi bacarmalıdır. Təbii ki, işin texniki tərəflərini bilmək də labüd xarakter daşıyır. Əgər sizdə də belə bacarıqlar varsa, oktyabrın 21-dək müraciət edə bilərsiniz. Qeyd edək ki, seçilən şəxs noyabr ayında açıqlanacaq. Maaşın məbləği haqda isə məlumat verilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin maraqlıdır: İş müsahibələrində nələrə diqqət etməliyik?

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et