DİN avtomobillərini satışa çıxardı - QİYMƏTLƏR | Banco.az

DİN avtomobillərini satışa çıxardı - QİYMƏTLƏR

Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumun balansındakı avtomobillər hərraca çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin 12 avtomobilini satmaq məqsədilə fevralın 12-də hərrac keçirəcək.

DİN hərraca beş ədəd “BMW-320”, dörd ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, “QAZ-3110” və “Volksvagen Passat” avtomobilləri təqdim edib.

Hərraca ən yüksək qiymətə təqdim edilən avtomobillər “BMW-320” markalı avtomobillərdir və ilkin start qiyməti 5200 manatdan başlayır.

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti

(manatla)

10% beh

(manatla)

 

QAZ-3110

 

 

2008

 

2000

 

200

 

Volkswagen Passat

 

 

2005

 

4000

 

400

 

BMW 320 (2 ədəd)

 

2006

 

5100

 

510

 

BMW 320 (3 ədəd

 

 

2007

 

5200

 

520

 

FIAT Combi Active

 

 

2007

 

4500

 

450

 

FIAT Doblo (4 ədəd)

 

 

2007

 

4500

 

450

Ən sərfəli kredit üçün müraciət et

Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et