Deutsche Bank kriptovalyutaya vəsait yatırmağı tövsiyyə etmir | Banco.az

Deutsche Bank kriptovalyutaya vəsait yatırmağı tövsiyyə etmir

“Deutsche Bank”ın analitikləri kriptovalyutaya vəsait yatırmağı tövsiyyə etmirlər. Bu haqda 2018-ci ilin yanvar ayının sonunda Blomberg agentliyinə müsahibə verən alman bankının investisiya bölməsinin rəhbəri Markus Müller söyləmişdir.

Onun sözlərinə görə problem ilkin olaraq yüksək qeyri dayanaqlı kursun olmasında, kriptovalyutanın dəyəri ilə manipulyasiya potensialı və data məlumatlarının itkisi və oğurlanmasının mümkünlüyündədır.

Markus Müller hesab edir ki, bu yaxınlarda kriptovalyutanın dəyərinin artması bazar oyunçularının “təsəvvürlər oyunu“ndan başqa bir şey deyildir. Kriptovalyutanın gələcəkdə əsl aktivə çevrilməsi üçün bazarın bu sferası üçün onun dövriyyəsini tənzimləmək, şəffaf və təhlükəsiz ticarət meydançası yaratmaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Müllerin sözlərinə görə kriptovalyuta bazarının iştirakçılarının tənzimləyici orqanlarla əməkdaşlığı vacib elementdir. Yalnız bu halda 5-10 il ərzində investorların yeni tip valyutaya etimadı yaranacaqdır. Deutsche Bankın top menejeri həmçinin kriptovalyutanın tənzimlənməsi əleyhinə olanların baxışlarını bölüşmək istəmədiyini bildirmişdir.

Qeyd edim ki, Deutsche Bank kriptovalyutanın təhlükəsi haqqında xəbərdarlıq edən heç də birinci maliyyə təşkilatı deyildir. Kriptovalyutaya qoyulan investisiyanın yüksək risk daşıması ideyasını İspan Bankının başçısı Luis Mariya Linde və Avstriya investorlar assosiasiyası da bölüşmüşlər. Davos forumunda Bloombergin söylədiyinə görə İsveçrənin UBS Group maliyyə holdinqinin direktorlar şurasının sədri Aksel Veber(Axel Weber) çıxış edərək kriptovalyutalara skeptik yanaşdığını bildirmişdir. O forumda “UBS”in bitkoyn ticarəti ilə məşgul olmaq niyyətində olmadığını bildirmişdir.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et