Depozit hərracında tələb təklifi 5 dəfə üstələyib | Banco.az

Depozit hərracında tələb təklifi 5 dəfə üstələyib

02.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 759.8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.

Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini qlan etdiyindən bu məbləi də cəlb edib.

Xatırladaq ki, 26.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 721.3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

19.08.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 732 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığı üçün bu məbləği də cəlb etmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et