Dalğıc və bankir – Emin Mehdiyev | Banco.az

Dalğıc və bankir – Emin Mehdiyev

Emin Mehdiyev hal-hazırda PriceWaterHouse Coopers (Moskva) audit şirkətində strategiya və əməliyyatlar üzrə baş konsultant olaraq çalışır. O, 2017-ci ilin Fevralında iş yerini dəyişmişdir.

O vaxta qədər isə hamımız onu Unibankın mikromaliyyə ürzə meneceri kimi tanıyırdıq. Emin müəllim qeyd edilən sahə üzrə ölkənin ən qabaqcıl mütəxəssislərindən biri sayılır.

Müsahibələrinin birində o mikrokreditlər ilə bağlı deyir:

Mikrokreditin digər kreditlərdən əsas fərqi onun cəmiyyətin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsidir. Bu tip kreditlər müştərilərin yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda onların biznes və təsərrüfatlarını inkişaf etdirir. Bir sözlə bu tip kreditlərin təyinatı birbaşa olaraq biznes və təsərrüfatı inkişaf etdirərək, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir. Təsadüfi hal deyil ki, regionlarda geniş müştəri kütləsi məhz elə mikrokredit alətlərindən istifadə edir.”

Risklərin təhlili ilə bağlı

Bir çox xırda amillər var ki, onlar daha sonradan ciddi problemələrə çevrilə bilər:

Təhlil zamanı bəzən kredit mütəxəssisləri müştərinin şərikləri ilə münasibətlərinə əhəmiyyət vermirlər. Sonradan bu münasibətlərin korlanması biznesin süqutuna və ya ödəniş qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Kredit alınan anda şəriklərin hər biri kreditin alınmasına razılıq verməlidirlər.

Müştərinin debitor borclarla işləmə qabiliyyətinin dərindən təhlil olunmamasıDebitor borcların vaxtında yığılmaması və ya satışın əksər hissəsinin debitor borclar üzərində qurulması, biznesə nağd pulun daxil olmasını azaldır, bu da öz növbəsində ödəniş qabiliyyətinə təsir edir.

Biznesin 1 nəfər tərəfindən idarə olunması. Yuxarıda qeyd etdiyim kimi, 1 nəfərin həm sahibkar, həm də işçi olması gələcəkdə idarəetmədə problemlər yarada bilər.

Ən sərfəli kredit üçün müraciət et

Unibankda çalışdığı dönəmdə Emin Mehdiyevdən mikrokreditlərin və kiçik bizneslərin təhlili ilə bağlı müsahibə almaq şansım olmuşdur. Bu sahədə biliklərini artırmaq istəyənlərə mütləq tövsiyəm həmin müsahibəni oxumaqdır. http://banco.az/az/news/mikrokreditler-regionlarda-en-aktual-maliyye-resursudur-emin-mehdiyev

Karyera

2005-2008-ci illərdə Unibank-da kredit mütəxəssisi olaraq başlamış, 2008-ci ilin sentyabrından 2017-ci ilin yanvarına qədər isə Unibankda mikrokredit sahəsinin meneceri olmuşdur.Onun fəaliyyəti dövründə Unibankda mikro kreditlər aparacı sahələrdən birinə çevrilmişdir.

Təhsil

Azərbaycan Dövlət iqtisad Universitetində 2000-2004-cü ilərdə iqtisadiyyatın hüquqi tənzimlənməsi fakultəsini bakalvr və 2007-2010-cu illərdə eyni universiteti magistr pilləsi üzrə bitirmişdir.

Bütün bunlarla yanaşı o, maraqlı hobbisi olan insandır

Emin Mehdiyev PADİ beynəlxalq lisenziyasının sahibi olaraq okean sularına dalıb. O, öz işinin peşəkarı olmaqla yanaşı, illərdir arzusunda olduğu məqsədinə də çatıb, həm də son dərəcə peşəkar şəkildə. Emin Mehdiyev açıq sularda dalğıclıq üçün PADİ-dən (Professional Dalğıc Təlimçiləri Assosiasiyası) peşəkar dalğıc lisenziyasını alıb. Bu lisenziya sahibinə açıq sularda 30 metrədək dərinliyə dalmaq imkanı verir. Qısa müddətdə dünyanın bir çox sularında okeanın 30 metr dərinliklərinə baş vuran Emin Mehdiyev, Hind okeanında yerləşən Rasdhoo ve Baa atollarının rifləri, Qırmızı dənizdə Ras-Muhammed qoruğu, Tiran adasının yaxınlığında yerləşən Cekson, Qordon, Tomas riflərinə də dalıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et