Dairəvi iqtisadiyyat gələcək üçün nə vəd edir? | Banco.az

Dairəvi iqtisadiyyat gələcək üçün nə vəd edir?

İnsan öz xoşbəxtliyi və rifahı üçün təbiətə zərər verir. Təbiətə zərər vermə prosesinin heç vaxt sona çatmayacağı və getdikcə artacağını yalnız və yalnız istehlak və əhali sayının azaldılması yolu ilə həll edilə biləcəyini iddia edənlərlə yanaşı başqa seçim yolunun da olduğunu düşünənlər var. Bu yol dairəvi iqtisadiyyat adlandırılır. Dairəvi iqtisadiyyat xətti iqtisadiyyatın əksinədir və hər şeyin sıfırdan istehsal edilməsi anlamına gəlir. Gələcək üçün təbii ehtiyatların istifadəsini azaltmaq və təkrar emal vasitəsilə tullantıların geri qaytarılmasını təmin etmək əsas məqsəddir.  

Hazırda davam edən iqtisadi modeldə dünya əhalisinin getdikcə artması nəticəsində insanların aclıq, susuzluq kimi problemlərlə qarşılaşacağı futuristlər və iqtisadçılar tərəfindən tez-tez təkrarlanır.

Məqsəd istehlak yox, təkrar emaldır.

Bu layihənin hər hansı bir şəkildə fəaliyyətdə olduğunu söyləmək mümkündürmü? Əlbəttə bəli. Çünki bir çox şəhərdə enerji, plastik, tullantı və suyun geri çevrilməsi həyata keçirilir. Bu addımlar bizə dairəvi iqtisadi sistemin necə yarandığı və necə inkişaf edəcəyi barədə bir fikir verməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bir çox şəhər təkrar emal fəaliyyətinə böyük əhəmiyyət verir və istehlakdan yaranan tullantılar üçün yeni sahələr yaradır. Enerji istehlakının yaratdığı hava və ətraf mühitin çirklənməsi üçün tədbirlər görərək, onların təsirini mümkün qədər azaldır.

Dünya əhalisi artdıqca, şəhərləşmə artacaq və bu, daha çox enerji istehlakı gətirəcəkdir. Ancaq bu hər zaman ola bilməz. Anketə görə, ABŞ-da son 10 il ərzində artan əhaliyə baxmayaraq elektrik enerjisindən istifadənin artımı müşahidə edilməyib. Eyni şəkildə, bu enerji ətraf mühiti çirkləndirmədən yenilənə bilən resurslarla təmin olunmuşdur.

Bu sahədə inkişaf etməkdə olan texnologiya və innovasiya tədqiqatlarından istifadə etmək, yaxın gələcəkdə öz təsirini göstərəcəkdir. Bu tək bir insanın və ya bir qrup insanın səylərinin nəticəsi ola bilməz. Hökumətlər, müəssisələr, qeyri-kommersiya təşkilatları bu cür iqtisadiyyatı və yenilikləri təşviq etmək üçün birgə səy göstərməlidirlər.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et