DAIMLER pilotsuz yük maşınlarının hazırlanmasına 500 milyon avro sərmayə yatıracaq | Banco.az

DAIMLER pilotsuz yük maşınlarının hazırlanmasına 500 milyon avro sərmayə yatıracaq

Şirkət artıq 2-ci səviyyə avtopilot sistemini hazırlayıb.

CES innovasiyalar sərgisində Daimler şirkəti 2-ci səviyyə avtopilotlu Freightliner Cascadia yük maşınını təqdim edib.  Yeni modelin, artıq 2019-cu ilin yay aylarında ABŞ-da satışa çıxaralıcağı bildirilib.

GreencarCongress qeyd edir ki, şirkət daha yüksək idarə etmə potensialına malik avtopilota 500 milyon avro dəyərində sərmayə yatıracaq.

2-ci səviyyə avtopilot,  yük maşınına seçilən yolda sərbəst olaraq hərəkət, tormoz, sürət və dönmə əməliyyatlarını yerinə yetirmək imkanını verir.  Bundan əvvəl elektron cihaz yol hərəkəti işarələrini analiz edərək, sürət həddinə nəzarət edir, faraların işini tənzimləyə bilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Yük maşını, radar və kameraların köməyi ilə ətrafı təhlil edə bilir. Bu xüsusiyyət onun kor zonada yerləşən velosipedçilər, piyadalar və avtomobillər ilə toqquşmasının qarşısını alır.

Daha öncə qeyd edildiyi kimi DAIMLER 2025-ci ildə yollarda tam avtomatlaşdırılmış yük maşınlarını görmək ümidi ilə, 4-cü səviyyə avtonom idarəetmə texnologiyalarına 500 milyon avro sərmayə yatırmaq fikrindədir.

4-cü səviyyənin avtonom sistemləri müştərilər üçün səmərəli olması ilə yanaşı, yolun kilometr hissəsinin dəyərinin əhəmiyyətli dərəcədə azalmasına da imkan yaradacaq. Daimler şirkətinin, 3-cü səviyyə texnologiyanın hazırlanmasını qəsdən qaçırıb. Şirkət, öz növbəsində 2-ci səviyyənin istifadəsindən sonra bu səviyyənin nəzərə çarpacaq qədər effektiv olmadığını vurğulayıb.

Bir müddət əvvəl hazırlanan qırmızı rəngli Tesla Semi yük maşını isə test-drive zamanı ABŞ-da görülüb. Belə ki, qırmızı rəngli elektrik yük maşınına ilk dəfə rast gəlinir.

Ən sərfəli krediti almaq üçün müraciət et