Daha çox maaş həyat sığortasına köçürülüb - 116 MiLYONLUQ ARTIM | Banco.az

Daha çox maaş həyat sığortasına köçürülüb - 116 MiLYONLUQ ARTIM

2017-ci illə müqayisədə 2018-ci il ərzində Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortası növləri üzrə 305 milyon 700 min manat sığorta haqları toplanıb. Bu, 2017-ci illə müqayisədə 72% çoxdur.

Könüllü həyat sığortasında artımın əsas səbəbi həyatın yaşam sığortası (həyatın yığım sığortası) üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Belə ki, 2018-ci ildə həyatın yaşam sığortası üzrə 253 milyon 943 min manat sığorta haqqı toplanıb. 2017-ci ildə həyatın yaşam sığortası üzrə 137 milyon 927 min manat sığorta haqqı toplanmışdı. Beləliklə, bu növ üzrə yığımlar 116 milyon 16 min manat və ya 84% artıb.

3 həyat sığortası şirkəti tərəfindən icbari həyat sığortası üzrə 35 milyon 292 min manat sığorta haqqı yığılıb. 2017-ci ildə bu məbləğ 33 milyon 165 min manat təşkil etmişdi.

Ötən il “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən 264 milyon 988 min manat, “Atəşgah Həyat” sığorta şirkəti tərəfindən 60 milyon 107 min manat, “Qala Həyat” Sığorta Şirkəti tərəfindən isə 15 milyon 897 min manat sığorta haqları hesablanıb.

Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.

Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.

o cümlədən:

Sığorta haqları 2017-ci il, manatla

Sığorta haqları 2018-ci il, manatla

Sığorta ödənişləri 2017-ci il, manatla

Sığorta ödənişləri 2018-ci il, manatla

Həyat sığortası üzrə, o cümlədən:

177 milyon 856 min

305 milyon 700,4 min

126 milyon 407 min

94 milyon 979 min

həyatın yaşam sığortası

137 milyon 928 min

253 milyon 943 min

124 milyon 45 min

93 milyon 366 min

həyatın ölüm halından sığortası

37 milyon 942 min

48 milyon 90 min

2 milyon 351 min

1 milyon 613 min

əmək qabiliyyətinin sığortası

1 milyon 868 min

3 milyon 388 min

0,0

0,0

sağalmaz xəstəliklərdən sığorta

117 min 516

278

9 min 850

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç