Daha bir sığorta şirkətinin səhmləri dövlət qeydiyyatına alınıb | Banco.az

Daha bir sığorta şirkətinin səhmləri dövlət qeydiyyatına alınıb

Banco.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən məlumat verir ki, 11 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Xalq Sığorta” açıq səhmdar cəmiyyətinin nominal dəyəri 4,40 manat olan 7 390 000 ədəd adi sənədsiz adlı səhmlərin buraxılışı AZ1008008505 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlər "Xalq Sığorta” açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1007008506 və nominal dəyəri 4,11 manat olan 7 390 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.  

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et