Daha bir bank yarımillik maliyyə vəziyyətini açıqladı | Banco.az

Daha bir bank yarımillik maliyyə vəziyyətini açıqladı

“Turanbank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 150 min manat xalis mənfəət ilə başa vurub. Bank cari ilin yanvar-mart dövrünü 109 min manat xalis mənfəətlə bağlamışdı. İkinci rübdə (aprel-iyun) “Turanbank”ın xalis mənfəəti 41 min manat təşkil edib.

Ötən ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında  “Turanbank”ın xalis mənfəəti 27% azdır. Belə ki, Bank ötən ilin ilk 6 ayını 205 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalmasının səbəbi Bankın qeyri-faiz xərclərinin artmasıdır.

Ötən ilin 1-ci yarısında 15 milyon 9 min manat təşkil etmiş faiz gəlirləri, bu ilin 1-ci yarısında 16 milyon 385 min manata yüksəlib (1 milyon 376 min manat və ya 9,2% artıb).

Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 716 min manatdan 1 milyon 577 min manata düşüb (139 min manat və ya 8,1% azalıb).

Ötən ilin 1-ci yarısı ilə müqayisədə cari ilin 1-ci yarısında “TuranBank”ın cəmi gəlirləri 1 milyon 237 min manat və ya 7,4% artaraq 17  milyon 962 min manat təşkil edib.

Ötən ilin 1-ci yarısı ilə müqayisədə cari ilin 1-ci yarısında “TuranBank”ın cəmi xərcləri isə 1 milyon 796 min manat və ya 10% artaraq 17 milyon 876 min manata yüksəlib. Cəmi xərclərin 1 milyon 796 min manat artması cəmi gəlirlərin 1 milyon 237 min manat artmasını tamamilə silib (xərcləri 559 min manat da artıb).

Ən sərfəli kredit üçün müraciət et

“TuranBank” 2019-cu ilin birinci yarısını 85 min manat əməliyyat mənfəəti ilə başa vurub. Ötən ilin eyni dövründə bu məbləğ 645 min manat idi.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 65 min manatının azad olması hesabına ilk 6 ayda “TuranBank”ın xalis mənfəəti 150 min manata yüksəlib. Bank ötən ilin eyni dövründə ehtiyata 440 min manat ayırmış və 645 min manat əməliyyat mənfəəti 205 min manata düşmüşdü.

 

BANIN AKTİVLƏRİ YARIM MİLYARD MANATI AŞIB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

30 İyun 2019-cu il tarixində “TuranBank” 510 milyon 934 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 319 milyon 759 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın 492 milyon 606 min manat aktivlərinin 313 milyon 80 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi (ilk 6 ayda aktivlər 18 milyon 334 min manat, kreditlər 6 milyon 670 min manat artıb).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et