Daha bir bank ili zərər ilə başa vurdu - HESABAT | Banco.az

Daha bir bank ili zərər ilə başa vurdu - HESABAT

“Dəmirbank ASC” ötən ilin yekun maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın dərc etdiyi hesabatlara əsasən xəbər verir ki, 30 dekabr 2016-cı ildə bankın cəmi aktivləri 538 mln. 829 min 70 manat olub. Bankın aktivləri keçən ilin 30 sentyabr göstəriciləri ilə müqayisədə 1,7%, yəni 9,7 mln. manat azalıb. 

Qeyd edək ki, 2015-ci ilin yekununda bankın cəmi aktivləri 588 mln. 938 min manat təşkil edirdi.

Kapital göstəriciləri isə 2015-ci ilin yekun göstəricilərinə nisbətən 2,4% azalaraq 46 mln. 880 min 83 manat qeydə alınıb.

Müştərilərə verilən kreditlərin həcmində də azalma müşahidə olunub.

Sözügedən dövrdə bankın kredit portfeli 376 mln. 68 min 536 manat olub, bu isə keçən il ilə müqayisədə 8,8% və ya 36 mln manat azalma deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi 170 mln. 73 min 452 manat olub.

Bank ili zərər ilə başa vurub. 30 dekabr 2016-cı ildə bankın zərəri 1 mln. 771 min 122 manat olub. Vergilər çıxıldıqdan sonra isə bankın xalis zərəri 1 mln. 735 min 484 manat olub.

Qeyd edək ki, bank 2015-ci ili 5 mln. 264 min manat xalis zərərlə üzləşmişdi.

Ölkənin ilk banklarından biri olan DəmirBank 6 oktyabr 1989-cu  ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et