Daha 2 sığorta agentliyi ləğv olunur | Banco.az

Daha 2 sığorta agentliyi ləğv olunur

Azərbaycanda daha 2 sığorta agentliyi - "Atəşgah Sığorta Agentliyi " MMC və "Lider Sığorta Agentliyi" MMC ləğv olunur.

Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.

"Atəşgah Sığorta Agentliyi" ləvğ olunduğu üçün kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov ŞTQ, Neftçilər (Bakıxanov qəsəbəsi), ev 29, mənzil 1 ünvanına, "Lider Sığorta Agentliyi"nin kreditorları isə 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 8, mənzil 3 ünvanına bildirə bilərlər. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et