Daha 102 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq | Banco.az

Daha 102 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara çıxarılan dövlət əmlakları yerləşdiyi ərazi, sahə, təyin olunan hərrac qiyməti və digər xüsusiyyətlər baxımından müxtəlifdir. Əmlakların özəlləşdirilməsi üzrə növbəti hərrac iyunun 11-də keçiriləcək. Komitədən verilən məlumata görə, bu dəfə fərqli sahələr üzrə ümumilikdə 102 dövlət əmlakı hərraca çıxarılacaq. Onlardan 40-ı kiçik dövlət müəssisə və obyekt, 19-u qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsi, 6-sı isə yarımçıq tikilidir.

Özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Mingəçevir, Yevlax, Ağcabədi kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45 faizlik intervalda səhm paketləri satışa çıxarılıb. Həmin hərracda vətəndaşların istehsal tarixi 1985-2009-cu illər olan nəqliyyat vasitələri üzrə seçim imkanı var. "Volksvagen", "UAZ", "VAZ" və digər markalara aid avtomobillərin ilkin hərrac qiymətləri 2 min - 7 min 500 manat arasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytından (emdk.gov.az) və "Özəlləşdirmə portalı"ndan (privatization.az) dövlət əmlakları üzrə seçim edə bilərlər. Seçdiyi dövlət əmlakı üzrə keçiddə qeydiyyatdan keçib ilkin qiymətin 10 faizini ödəyən şəxs hərracda iştirak statusu qazanır.

Ən sərfəli krediti almaq üçün müraciət et