Coca-Cola şirkəti Rusiyada yeni içkinin satışına start verəcək | Banco.az

Coca-Cola şirkəti Rusiyada yeni içkinin satışına start verəcək

Coca-Cola şirkəti Rusiya bazarına yeni məhsul çıxarmaq niyyətini açıqlayıb.  Beləki, bu içki daha sağlam qidalananlar üçün nəzərdə tutulub. Adez adı ilə tanınan bu içkinin əsas tərkibi şəkər əlavəsi olmayan soya, kokos və s. kimi qida maddələrindən təşkil olunmuş süddən ibarətdir.

Bu haqda məlumatı Kommersant xəbər saytı paylaşıb. Məlumata görə, içki Rusiyanın müxtəlif hissələrində, xüsusilə Moskva və Sant-Peterburqun biznes mərkəzləri və kafelərdə təklif olunacaq. Rusiyada bu içki 0.25 və 0.8l-lik qablaşdırmalarda satılacaq. Qiymətin isə 59-169rubl arasında dəyişəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu baxımdan Coca-Colanın Rusiyadakı rəqibi Alpro şirkətinə məxsus Danone markasıdır. Markanın bazar payı ölkədə 72% təşkil edir. Qeyd edək ki, Danone-nin 1 litrinin qiyməti 254-289 rubl arasında dəyişir. 2017-ci ildə bitki əsaslı südlərə olan tələbat ikiqat artıb. Bu məhsulları dəstəkləyən digər şirkət isə Nielsendir.

Adez 1988-də Argentinada yaradılıb. Coca-Cola şirkəti isə bu şirkəti 2017-də almış və bu kompaniya sağlam həyat tərzinə üstünlük verənlər üçün nəzərdə tutulub.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et