Coca Cola şirkəti haqda heç kimə məlum olmayan MARAQLI FAKTLAR | Banco.az

Coca Cola şirkəti haqda heç kimə məlum olmayan MARAQLI FAKTLAR

Coca Cola bütün dünyanın sevərək istifadə etdiyi, eyni zamanda gizli tərkibi barədə zaman-zaman adından söz etdirdiyi məşhur marka olaraq qalmaqdadır.

İçkinin yaranması haqda bir çox maraqlı mülahizələr mövcuddur. Deyilən məlumatlara inansaq, içki 1886-cı ildə yahudi hərbçi Con Pemberton tərəfindən yaradılıb. Kimyaçı və əczaçı olan bu şəxs həm də morfin istifadəçisi olub. Daha sonradan kokainli şərab yaratmaq haqda düşünən Pemberton 1885-də French Wine Coca yaratmağa nail ola bilib. Bir il sonra isə tərkibi kola əsası, şərab və kokain yarpağı olan məhsulu istifadəyə verdi. Lakin içkinin tərkibindəki kokain yarpağı və alkaqol problemə səbəb oldu. Buna görə də o, içkini yenisi ilə əvəz etməyə məcbur oldu və karbonatlı su tərkibli içki yaratdı. Pembertonun ortağı Frank Robinson məhsula Coca Cola adını verdi və indiyədək tanıdığımız logosunu təklif etdi.

İlk reklam solqanı “Nəfis və Sərinləşdirici” oldu və 1888-ci ildə içkinin 3 versiyası satışa çıxdı. Coca Cola Company şirkəti isə 1892-ci ildə 100 min dollarlıq sərmayə ilə quruldu.

Pemberton istehsal etdiyi içkinin formulunu hər zaman gizli saxlamış, daha sonra Candler 1887-də formulu alaraq gizli tutmuşdur. Candler öldükdən sonra formul oğlu tərəfindən saxlanmışdı. 1919-da formul Atlantadan Nyu Yorka aparılmış və bank krediti qarşılığında banka təslim edilmişdi. Formul borc ödənənə qədər 1925-ci ildədək orda saxlanılıb və sonra yenidən Atlantadakı SunTrust bankına aparılıb. Sirrin gizli saxlaması üçün banka hər il 48.3 milyon dollar ödənildiyi də deyilir. Formul 2011-ci ildə “Coca Cola Dünyası” muzeyinə gətirilib.

Banco.az bir çoxlarına məlum olmayan faktları sizinlə bölüşür. Belə ki, 1903-cü ilədək hər Coca Cola içkisinin tərkibində 9 mq kokain mövcud idi. Bundan əlavə bəzi ölkələrdə içkinin satışı qadağandır. Bunlara misal olaraq Şimali Koreya və Kubanı misal göstərmək olar. Coca Cola şirkəti istehsal etdiyi müxtəlif adda içkilərdən təqribən 1 milyard dollar gəlir götürməkdədir. Coca Cola markası isə şirkətə ildə 83.8 milyard dollar gəlir gətirir. Bu da öz növbəsində Subway, Pepsi KFC kimi markaların bütün gəlirlərinin toplam ortalamasına uyğun gəlir.

Nəcibə Yusifova, Banco.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç