Çinin ticarət dövriyyəsi gözləniləndən ikiqat artıq olub | Banco.az

Çinin ticarət dövriyyəsi gözləniləndən ikiqat artıq olub

ABŞ-ın Çin mallarına əlavə idxal vergiləri tətbiq etməsinə, bu iki ölkə arasında ticarət sahəsində gərginliyin getdikcə artmasına baxmayaraq, may ayında Çinin ticarət dövriyyəsindəki artım 41,65 milyard ABŞ dolları və ya gözəniləndən ikiqat çox olub: bu göstəricinin 20,5 milyard dollar olacağı proqnozlaşdırılmışdı. 
Çin ixracatı keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artıb, idxal isə 8,5 faiz azalıb. Bazar təhlilçiləri idxal və ixracda 3,8 faiz azalma gözləyirdi. Ticarət dövriyyəsindəki artım isə aprel ayında 13,8 milyard dollar olmuşdu. 

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et