Çinin ixrac və idxalının güclü qaldığı açıqlandı | Banco.az

Çinin ixrac və idxalının güclü qaldığı açıqlandı

Çində İyul ayında idxal, ixrac və xarici ticarət profisit proqnozlardan daha yaxşı reallaşıb.

Dollar ilə ifadədə Çinin İyul ayında ixracı illik 3.3% artıb. Proqnoz 1% geriləmə olacağı istiqamətində idi. İyulda idxal  9% geriləyəcəyi proqnozuna qarşılıq 5.6% geriləyib. Xarici ticarət profisiti 42.65 milyard dollarlıq proqnoza qarşılıq 45.06 milyard dollar səviyyəsində reallaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Yuan ilə ifadədə  Çinin ixracı illik 7% artması gözlənilərkən 10.3% artıb. İdxalın 3.3% düşməsi gözlənilərkən 0.4%  yüksəlib. Xarici ticarət profisiti isə 310 milyard yuan gözlənilməsinə qarşılıq 310.3 milyard yuan təşkil edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et