Çində ərzaq qiymətləri kəskin artıb | Banco.az

Çində ərzaq qiymətləri kəskin artıb

Çində İyun ayında inflyasiya gözləntilərə paralel olaraq 2.7% səviyyəsində olub

Çinin Milli Statistika Bürosu tərəfindən açıqlanan məlumatlara görə, istehlakçı qiymətləri İyun ayında əvvəlki ay ilə eyni səviyyədə - 2.7% artıb.

İnflyasiya ötən ilin İyun ayında 1.9% səviyyəsində baş vermişdi.

Qida və enerji  qiymətləri xaric baza inflyasiya isə 1.6% səviyyəsində qalıb.

Ən sərfəli kredit üçün müraciət et

 

Ərzaq qiymətləri 8.3% artım ilə, 2012-ci ildən bu yana ən sürətli tempdə yüksəlib.

Çində istehsalçı qiymətləri isə az qala üç ilin ən aşağısına geriləyərək, əvvəlki ilin eyni ayı ilə müqayisədə sıfır səviyyəsində olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et