"Çin ticarət müharibəsinin mənfi təsirlərini aradan qaldırmaq üçün tədbirlər görəcək" | Banco.az

"Çin ticarət müharibəsinin mənfi təsirlərini aradan qaldırmaq üçün tədbirlər görəcək"

"Global Times"ın baş redaktoru Hu Xijin, Çərşənbə günü sosial media platforması "Twitter" vasitəsilə verdiyi açıqlamada, Çinin, dünyanın ən böyük iki iqtisadiyyatının qarşılıqlı gömrük tariflərini artırmalarından sonra, ticarət müharibəsinin mənfi təsirlərini aradan qaldırmaq üçün tədbirlər açıqlayacağını qeyd edib.

Hu, bu siyasətlərin nələr olacağının təfərrüatına toxunmadan, "Bildiklərimizə əsasən, Çin ticarət müharibəsinin mənfi təsirini aradan qaldırmaq üçün mühüm tədbirlər açıqlayacaq. Tədbirlərdən həm Çin, həm də ABŞ-dan bəzi şirkətlər faydalanacaq",- yazıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu mesaj, hər iki ölkədən yüksək səviyyəli müzakirəçilərin qarşıdakı həftələrdə üzbəüz danışıqlara başlamağa hazırlaşdığı bir dövrə təsadüf edir. 

Hu, Çin Kommunist Partiyasına aid "Global Times"in baş redaktorudur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et