Çin indeksi "buğa" bazarına girib | Banco.az

Çin indeksi "buğa" bazarına girib

Kiçik kapitallı Çin şirkətlərinin listinq olunduğu "ChiNext" İndeksi Cümə günü əməliyyatlarda buğa bazarına girib.

İndeks həftənin son iş günündə 3.1 faiz yüksəlişlə bağlanaraq,18 Oktyabrdan bu yana yüksəlişini 20%-in üzərinə qaldırıb. Qiymətlərin 20% və daha çox nisbətdə yüskəlməsi "buğa" bazarı hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Riskli aktivlərə tələbatın artması Çin səhmlərinin bahalaşmasına səbəb olur. CSI 300 İndeksi 2.3 faiz artaraq İyuldan bəri qeydə alınan ən yüksək səviyyəsinə çatıb.

Çin səhmləri, "Bloomberg" tərəfindən toplanan məlumatlara görə, 3 Yanvardan bu yana bazar qiymətini 1 trilyon dollar həcmində artırıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et