Cənubi Koreya da kriptovalyutaların ilkin emissiyasına qadağa qoyub | Banco.az

Cənubi Koreya da kriptovalyutaların ilkin emissiyasına qadağa qoyub

Cənubi Koreyanın Maliyyə sektoruna nəzarət Komissiyası (FSS) kriptovalyutaların ilkin emissiyasına (ICO - initial coin offering) qadağa qoyub. "Report", "CNBC" telekanalına istinadən xəbər verir ki, qadağa bütün növ kriptovalyutalara aid ediləcək.

FSS bildirib ki, nəzarət olmadan ICO-ların həyata keçirilməsi bazarda fırıldaqların artmasına gətirib çıxara bilər. Qurum həmçinin qeyd edib ki, qadağanı pozanlar sərt şəkildə cəzalandırılacaq. Analitiklər kriptovalyuta treyderlərinin Honq-Konqa üz tutacaqlarını proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bir neçə həftə əvvəl Çin hökuməti də analoji addım ataraq ICO-lara qadağa qoyub.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç