"CDB Bank" ləğv edilərək "Atabank"a birləşdirilir - DİQQƏT | Banco.az

"CDB Bank" ləğv edilərək "Atabank"a birləşdirilir - DİQQƏT

“Atabank" və "Caspian Development Bank” (CDB) ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, "CDB"-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək “Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib. 

Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, “Atabank” və “CDB” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et