“Caspian Asian Club”a baş icraçı direktor təyin edilib! | Banco.az

“Caspian Asian Club”a baş icraçı direktor təyin edilib!

Bir qədər əvvəl yaradılmış Caspian Asian Club”a baş icraçı direktor təyin edilib.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Samir Hacıyev gətirilib. O, indiyə qədər “Caspian European Club”un Hüquq Komitəsinə rəhbərlik edib.

S.Hacıyev 2000-ci ildə “Təfəkkür” Universitetində hüquq ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə London Sığorta İnstitutunun sertifikatını alıb, 2006-cı ildə “Beynəlxalq hüquq və hüquqşünaslıq” ixtisası üzrə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. O, peşəkar karyerası dövründə müxtəlif sığorta şirkətlərində və beynəlxalq hüquq firmalarında rəhbər vəzifələri tutub. Hazırda “PwC Azerbaijan” hüquq praktikasının direktoru və rəhbəridir. Ailəlidir, iki övladı var.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Onun sədri Prezident İlham Əliyevdir.

Yarandığı gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

“Caspian Energy”, “Caspian Energy Forum”, “Caspian Energy Award”, “Caspian Energy Club”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club”, “Caspian Asian Club”, “Caspian American Forum”, “CEO”, “CEO Breakfast”, “CEO Brunch”, “CEO Lunch”, “CEO Party”, “CEO Cocktail”, “Caspian Energy TV”, “Caspian Energy Photo”, “Caspian Energy Marketing”, “Brand Award” və digərləri qeydiyyatda keçmiş ticarət markalarıdır və “Caspian Energy International Media Group”a məxsusdurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et