Cahangir Hacıyev: Azərbaycan maliyyə mərkəzinə çevrilir | Banco.az

Cahangir Hacıyev: Azərbaycan maliyyə mərkəzinə çevrilir

Artıq 6-cı dəfə Bakıda ənənəvi olaraq MDB-yə üzv dövlətlərin Beynəlxalq bank konfransı keçirilir. Bu tədbir çox böyük əhəmiyyət kəsb edir. Konfrans çərçivəsində keçirilən görüş və çıxışlardan görünür ki, Azərbaycan maliyyə mərkəzinə çevrilir və burada həmçinin önəmli danışıqlar aparılır.
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev demişdir. Cahangir Hacıyev bildirmişdir ki, tədbir çərçivəsində əsasən iqtisadiyyat və bank, həmçinin müasir dövrdə çox vacib rol oynayan inteqrasiya məsələləri müzakirə olunur.
C.Hacıyev vurğulamışdır ki, konfrans yalnız MDB ölkələrini əhatə etmir və bu çərçivədən kənara çıxır. Konfransda Avropa ölkələrindən nümayəndələrin iştirakı, Dünya Bankının keçmiş prezidenti, Goldman Sachs İnternational Advisers şirkətinin sədri Robert Zelikin çıxışı bunun əyani təsdiqidir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et