BVF-dən "iqtisadi şok" xəbərdarlığı | Banco.az

BVF-dən "iqtisadi şok" xəbərdarlığı

Beynəlxalq Valyuta Fondu (BVF) Qlobal Maliyyə Sabitlik hesabatını yayımladı. "Fed-in çıxış strategiyasının əhəmiyyətli yan təsirləri görülə bilər" deyilən hesabatda, "ABŞ-da bazar likvidliyinin zəifləməsi iqtisadi sarsıntılara səbəb ola bilər" ifadəsinə yer verildi. İnkişaf edən ölkələrdə makroiqtisadi balanssızlıqların artdığına diqqətləri cəlb edən təşkilat, inkişaf edən ölkələrin çoxunda real sektorun orta həcmli şoklarını qarşılaya biləcəyini bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda inkişaf edən ölkələrdəki özəl sektor borcunun ölkə iqtisadiyyatlarını zəiflətdiyi ifadə edildi və "İnkişaf edən ölkələr artan faizlər, zəif balans hesabatı və məzənnələrin enişindən təsirlənəcək" deyildi.

BVF dünya bazarlarının likvidlik yerinə, böyümə mərkəzli hala gəlməsinin lazım olduğunu ifadə etdi. Hesabatda, "Qlobal maliyyə sistemi pul siyasətində normallaşmaya hazır deyil. Fed-in çıxışında səhv zamanlama maliyyə sabitliyini təhdid edə bilər" deyildi.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et