Bütün kriptodünyanın marağına səbəb olan DeFi nədir ? | Banco.az

Bütün kriptodünyanın marağına səbəb olan DeFi nədir ?

Son günlər kriptovalyuta sənayəsində aktivlərin qiyməti 2017-ci ilə nisbətdə 75% az olsa da, yeni trend sayəsində ortam xeyli canlanıb. Sözü gedən trend DeFi (decentralized finance) adlanır.

DeF- kriptosahibkarlara ənənəvi maliyyə açarlarını, kənar nəzarət olmadan yaratmaq imkanı verəcək. Tether – kriptovalyutasına olan iradları nəzərə alsaq, DeFi ən uğurlu qərarlardan biri hesab edilir.

Bitcoin və Ethereum – DeFi-nin ilk tətbiqlərindən biri sayılır. Qeyd edək ki, hər iki kriptovalyuta məhsulu nəhəng kompyuter şəbəkələrinin idarəsi altında saxlanılır. Mərkəzi idarə, adı çəkilən iki kripto-məhsuluna nəzarəti həyata keçirtmir. Əksər investorlar bitkoin-i “qızıl”, yəni inflasiyadan qoruyan alət kimi istifadə edirlər. Ethereum isə startapların kütləvi maliyyələşməsini təmin edən alətdir.

Ən sərfəli kredit üçün müraciət et

Lakin, bazar daim inkişaf edir və yeni məhsullar təqdim edilir. Onlardan biri də Steyblkoin Dai- rəqəmsal tokenidir. Dai, bitcoin-i xatırlatsa da mərkəzi bank sistemlərdən azad, qlobal valyuta kimi çıxış edəcək. Eyni zamandan bitkoindən fərqli olaraq Dai kripto məhsulunun qiyməti isə ABŞ dollarının dəyərinə bağlıdır. Məhz bu qeyri-sabitlik probleminə görə bitcoin-dən gündəlik alış-veriş zamanı istifadə edilmir.

Dragonfly Capital şirkətinin tərəfdaşı olan Aleks Pak, DeFi-nin əsl məqsədindən söz açıb. Aleks, DeFi- rəqəmsal tokeninin beynəlxalq bank sistemini azad və əlçatan edəcəyini bildirib. O - “Belə bir fürsəti, insan 50 ildən yaxalaya bilər”- deyə açıqlamasını.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et