“Buta Sığorta”dan taksitli kasko | Banco.az

“Buta Sığorta”dan taksitli kasko

Bundan sonra avtomobilini “Buta Sığorta” şirkətində sığorta etdirənlər sığorta haqqını hissə-hissə, faizsiz ödəyə biləcəklər. 
Şirkətdən verilən məlumata görə, söhbət “Butalı Kasko” adlı kasko sığortası məhsulundan gedir. “Butalı Kasko”da franşiza yoxdur, yəni yol qəzası nəticəsində müştəriyə dəyən ziyan tam ödənilir. Sığorta haqqı isə 12 bərabər hissəyə bölünür və müştəri 1 il ərzində onu ödəyə bilər.
Məsələn, 12 min manatlıq avtomobilin sığorta haqqı onun dəyərinin 3%-i qədər, 360 manat edir. Deməli, müştəri ayda cəmi 30 manat ödəməklə maşınını sığorta etdirmiş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç