Bu universitetin tələbələri işlə təmin olunacaq | Banco.az

Bu universitetin tələbələri işlə təmin olunacaq

Azərbaycan Dövlət İqtisad Universitetində gənclərin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə görüş keçirilib. Ali məktəbdən verilən məlumata görə, görüşü Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və İnsan resurslarının idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Kamil Baxşəliyev keçirib.

Görüşdə tələbələr komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, dövlət qulluğu sahəsində aparılan islahatlar, qəbulla bağlı tətbiq olunan yeniliklərlə tanış olaraq, qəbul qaydaları, qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırılıblar.

Ən sərfəli kredit üçün müraciət et

Keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarda ADİU-nun tələbə və məzunlarının qəbul və işədüzəlmə prosesində üstünlük təşkil etdikləri bildirilib. Bu il də ADİU-ya 71 dövlət orqanı üzrə 864 vakant yer ayrılıb.

Görüşün sonunda komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıb.

Lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et