Bu şəxslərin maaşları artıb – SİYAHI | Banco.az

Bu şəxslərin maaşları artıb – SİYAHI

2016-cı ildə Azərbaycan sənayesində çalışan muzdlu işçilərin orta siyahı sayı 192,7 min nəfər təşkil edib.

Onların 34 min nəfəri mədənçıxarma, 101,9 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 30,0 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

2016-cı ildə sənayedə işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artaraq 900,3 manata çatıb. Əməkhaqqı mədənçıxarma sənayesində 30%, emal sənayesində 6,1%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 0,1% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3% azalıb. Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə əlavə bonusların verilməsi və onların əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

 

©Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et