Bu qadın ildə 1 milyon dollardan çox pul qazanır | Banco.az

Bu qadın ildə 1 milyon dollardan çox pul qazanır

ABŞ-da yaşayan 44 yaşlı Bethany Gaskin ildə ən azı 1 milyon dollar məbləğində pul qazanır.

Banco.az xəbər verir ki, Gaskin “Blove's Life” adlı “Youtube” kanalında sadəcə yemək videolarını paylaşaraq böyük pullar əldə edir. Beləliklə, Bethany Gaskin Amerikalı mukbang ulduzuna çevrilib. (mukbang - Koreya mənşəlidir, mənası sosial mediada yemək yeyərək pul qazanmağın bir yolu)

Gaskin “YouTube”də canlı yayım açaraq qarşısındakı yeməkləri yeyir. Videoları böyük maraqla qarşılanan Gaskinin “YouTube”də 2 milyon, “İnstagram”da isə 1 milyon abunəçisi var.

Ən sərfəli kredit üçün müraciət et

Sadece yemek yiyerek yılda en az 1 milyon dolar kazanıyor!

Məşhurlaşan trend ulduzu bir müddət sonra reklam və sponsorluq təklifləri almağa başlayıb.

Gaskin bu videolar sayəsində illik qazancının 1 milyon dolardan çox olduğunu bildirib.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et