Bu ölkələr öz aralarından ticarət maneələrini götürür | Banco.az

Bu ölkələr öz aralarından ticarət maneələrini götürür

ABŞ, Yaponiya və daha 10 ölkə öz aralarında ticarət maneələrini aradan qaldıran, beynəlxalq ticarətdə müştərək qaydalar müəyyən edən anlaşmanın imzalanması barədə razılığa gəliblər.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, dünya iqtisadiyyatının 40%-ni əhatə edən "Trans-Sakit Okean Tərəfdaşlığı" (Trans-Pacific Partnership,TPP) çərçivəsində Asiya-Sakit Okean regionunda sərbəst ticarət sahəsinin yaradılması nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Anlaşmanın tərəfdaşları arasında Şimali Amerikadan ABŞ, Kanada və Meksika, Cənubi Amerikadan Peru və Çili, Asiyadan Yaponiya, Malayziya, Bruney, Sinqapur və Vyetnamla yanaşı Avstraliya və Yeni Zelandiya yer alıb.

Anlaşma ilə əlaqədar ABŞ və Yaponiya rəsmiləri müxtəlif fikirlər səsləndiriblər. ABŞ prezidenti Barak Obama vurğulayıb ki, TPP-nin yaradılması Çin kimi ölkələrin dünyaya oyun qaydalarını diktə etməyə izin verməyəcək. Yaponiya baş naziri Sindzo Abe isə mətbuat konfransında "Çinin gələcəkdə "TPP"-yə daxil olmasının strateji bir qərar olacağını vurğulayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et